Bakının “Qara Qarayev” metrostansiyasından Suraxanıya 113 saylı marşrut xətti fəaliyyət göstərir.
Lakin bu marşrut xəttindəki avtobuslarda Operativ qərargahın tələb etdiyi heç bir sanitar gigiyenik qaydalara əməl edilmir.
Sərnişinlərin şikayətləri əsasında bu gün hafta.az olaraq biz də həmin marşrutun sərnişini olduq. Gördüyümüz mənzərə sərnişinlərin şikayətini təsdiqləyirdi.
10 TE-283 nömrəli 113 saylı marşrut avtobusunda əlimizi dezinfeksiya etmək üçün quraşdırılan xüsusi qabın olub olmadığı ilə maraqlandıq. Amma salonda spirt qabı sınıq idi. Hətta elə sərnişinlər vardı ki, qoruyucu maskadan istifadə etmirdilər.
Sürücüdən salonda spirt qabının boş və sınıq olmasının səbəbini soruşduq. Dedi ki, heç salonun arxa tərəfinə də spirt qabı yoxdur:
“Qarajın rəhbərliyindən bunları tələb edəndə deyirlər yoxumuzdur. Sizin kimi sakinlər də avtobusa minib düşəndə əllərini dezinfeksiya etmək üçün biz sürücülərdən salonda spirt qabının olmasını tələb edirlər. Sizdən xahiş edirəm salondakı bu sınıq içiboş spirt qabını çəkib göstərin və eləcə də bizim iradlarımızı aidiyyatı qurumlara çatdırın”.
Artıq söz müvafiq qurumlarındır.